Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “MİLLİ TEATR GÜNÜ” QEYD OLUNUB

11.03.2019

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində 10 mart – “Milli Teatr Günü”nə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncamını diqqətə çatdırıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Naxçıvan teatrı”nın fəaliyyətindən danışaraq Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Tələbə Teatr Studiyasının mövcudluğundan danışıb. Vurğulanıb ki,  “Teatr və mədəniyyətşünaslıq” kafedrasının nəzdində fəaliyyət göstərən, 1998-ci ildə ictimai əsaslarla yaranan tələbə teatrı Naxçıvan teatrı üçün ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir.

Aktyor sənəti ixtisası IV kurs Vəfa Qurbanzadə “Azərbaycanın milli teatrı”ndan bəhs edərək vurğulayıb ki, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Bildirilib ki, son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilib. Ötən günlərdə Cənab Prezidentin incəsənət xadimləri ilə görüşü də teatr və kino sahəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Aktyor sənəti ixtisasının IV tələbələrinin təqdimatında ”Əli və Nino” tamaşasından səhnəcik nümayiş olunub.