Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA 27 MART-ELM GÜNÜ İLƏ ƏLAQƏDAR DOKTORANT VƏ DİSSERTANTLARLA GÖRÜŞ OLUB

13.03.2019

Naxçıvan Dövlət Universitetində “27 mart-Elm günü”nə həsr olunmuş doktorant və dissertantlarla görüş olub. Tədbiri giriş sözü ilə açan   universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda “Elm günü” kimi təsis edilməsi haqda 2018-ci il 9 aprel tarixli Sərəncamını diqqətə çatdırıb.  Bildirilib ki, bu  dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Rektor vurğulayıb ki, 1998-ci ildə universitetdə Dissertasiya şurası yaradılıb.  2018-2019-cu tədris ili ərzində elmlər doktoru üzrə 5, fəlsəfə doktoru proqramı üzrə 7 doktorant, 27 dissertantın qəbul olduğu bildirilib.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev qeyd edib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalayıb.  Akademik ötən fəaliyyət dövründə bölmə əməkdaşlarının 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olduğunu diqqətə çatdırıb.  Naxçıvanda elm adamlarının çıxardığı elmi məqalələrin sayının 25000-ə çatdığı bildirilib.

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun  professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev doktorant və dissertantlara öz məsləhətlərini verib, bu gün münasibətilə elm adamlarını təbrik edib.  
Sonda dissertantların sualları cavablandırılıb, edilən təkliflər dəyərləndirilib.