Axtar
ALİ TƏHSİL OCAĞINDA GÖRKƏMLİ ALİMİN MÜHAZİRƏLƏRİ DİNLƏNİLİB
Azərbaycan Texniki Universitetinin “İnformasiya Texnologiyaları və proqramlaşdırma” kafedrasının professoru, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, Macarıstanın Obuda, Rumıniyanın Arad Universitetinin fəxri professoru, UNESCO Beynəlxalq Kadrlar Akademiyasının fəxri texnika elmləri fəlsəfə doktoru, Fuzzy Sistem və Soft Computinq sahəsindəki mühüm elmi nəticələrinə görə Rusiya Fuzzy Sistem və Soft Computinq Cəmiyyətinin adamı Şahnaz Şahbazova Naxçıvan Dövlət Universitetində mühazirə demək üçün dəvət olunub. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin Həmkarlar ittifaqı komitəsinin sədri, İnformatika kafedrasının dosenti Elşən Məmmədov qonağı salamlayaraq universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Ali təhsil ocağında keçirilən bu mühazirələrin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığı vurğulanıb.
Professor iki gün davam edən mühazirələrdə tələbələrə Qeyri-səlis məntiq qeyri-səlis deyil dünya şöhrətli Azərbaycanlı alim Lütfi Ə. Zadə, Təlim və biliyə nəzarət intellektual informasiya sistemi kompleksinin arxitekturasının modelləşdirilməsi, Bilik mühəndisliyinin əsasları, Tələbələrin biliyinin interaktiv qiymətləndirməsi adlı 4 mühazirə deyib.
İlk mühazirəsində görkəmli azərbaycanlı alim haqda geniş məlumat verilib. Mühazirədə qeyd edilib ki, alim öz sözləriylə bildirir ki, Qeyri-səlis məntiq qeyri-səlis deyildir. Qeyri-səlis məntiq, əsasən, qeyri-dəqiqlik və təxmini düşüncənin dəqiq məntiqidir. Daha spesifik olaraq, qeyri-səlis məntiqə insan qabiliyyətinin iki diqqətəlayiq formalizasiyası kimi baxıla bilər.
İkinci mühazirə avtomatlaşdırılmış tədris kompleksinin arxitekturasının qurulmasına və layihələndirilməsinə, Bilik mühəndisliyinin əsasları adlı üçüncü mühazirə isə biliklərin təsnifatı, biliklərin alınmasının meyarları, biliyin aşkarlanmasının problemlərinə həsr olunub
![]() | ![]() | ![]() |