Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA CƏLİL MƏMMƏDQULUZADƏNİN “HEKAYƏLƏR” KİTABI MÜZAKİRƏ OLUNUB

15.03.2019

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Cəli Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini vurğulayıb.

Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov  Ali Məclis Sədrinin Oxunması zəruri olan kitabların siyahısında Mirzə Cəlil hekayələrinin yer almasını ədibin irsinə verilən ən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.   Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığından bəhs edilib.  Bildirilib ki, qüdrətli qələm ustası ədibin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir.  

Ədibin hekayələrinin müzakirəsində yaxından iştirak edən tələbələr  Mirzə Cəlilin “Anamın kitabı” povestini də bədii təhlil ediblər. Rektor belə müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.