Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA TƏLƏBƏLƏRİN ƏL İŞLƏRİNDƏN İBARƏT SƏRGİ TƏŞKİL EDİLİB

18.03.2019

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində fakültəsində tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgini giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qarşıdan gələn Novruz bayramı münasibətilə müəllim və tələbələri təbrik edib. Tələbələrin hazırladığı əl işlərini yüksək qiymətləndirən-rektor belə sərgilərin keçirilməsinin tələbələrin gələcək perspektivlərinin dəyərləndirilməsində artan rolundan danışıb.

Sonra Memarlıq ixtisası tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Qeyd edək ki, tələbələr tərəfindən sərgiyə 20 yeni iş təqdim edilib. Gipsdən düzəldilmiş heykəllər, eskizlər, hazır maketlər, birmərtəbəli, ikimərtəbəli, çoxmərtətəbəli binaların layihəsi sərgidə nümayiş olunub. Gənclər şəhərciyinin təqdim olunduğu layihə də iştirakçılar tərəfindən maraqla qarşılanıb.