Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

PEDAQOJİ FAKÜLTƏDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUB

18.03.2019

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Novruz bayramı münasibətilə sərgi təşkil edilib.  Tədbiri giriş sözü ilə açan universitetin Tədris və Tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov  bayram münasibətilə müəllim və tələbələri təbrik edib, milli-mənəvi dəyərlərimizdən və onlar içərisində Novruzun xüsusi yeri olmasından danışıb. Vurğulanıb ki, Ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq ölkəmizdə illərdir Novruz bayramı geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edilir. Prorektor dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb.

Fənlərin tədrisi metodikası və Texnologiya müəllimliyi  kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva bayramın ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova milli dəyərləri özündə yaşadan milli geyimlərimizdən danışıb. Bildirilib ki, milli geyimlərimiz qədim tarixə malik xalqımızın maddi və intellektual mədəniyyətinin məhsuludur.

Qeyd edək ki, Novruz bayramının rəmzlərini, adət-ənənələrini, keçirilən mərasimləri əks etdirən sərgidə 30-a yaxın əl işi nümayiş olunub. Sonda sərgidə fərqlənən tələbələr universitetin sertifikatı ilə təltif edilib.