Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA 31MART-BƏŞƏRİYYƏTİN ƏN BÖYUK SOYQIRIMIDIR ADLI TƏDBİR KEÇİRİLİB

29.03.2019


Naxçıvan Dövlət Universitetində 31mart-bəşəriyyətin ən böyuk soyqırımıdır adlı elmi-praktik konfrans keçirilib. Tədbirdən öncə universitetin İncəsənət fakültəsində Mart soyqırımına həsr olunmuş 20-dən çox əsərin sərgisinə  baxış olub. Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda çıxış edərək erməni daşnaqlarının xalqımızın başına açdığı bəlalardan danışıb. Qeyd edilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub.

     Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov Mart soyqırımının azərbaycanlıların milli müstəqilik mübarizəsinə qarşı bolşevik-erməni planı olduğunu diqqətə çəkərək ermənilərin 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda və digər bölgələrdəki vəhişiliklərdən danışıb. Bildirilib ki, Azərbaycanın şimalında və cənubunda yaşayan 520.000 türk- müsəlman əhalisi erməni soyqırımına məruz qalaraq məhv edilib.
Sonda  Azərbaycanlıların soyqırmı ilə bağlı videoçarx izlənilib.