Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA CƏLİL MƏMMƏDQULUZADƏNİN HEKAYƏLƏRİNİN MÜZAKİRƏSİ KEÇİRİLİB

29.03.2019

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Oxunması zəruri olan kitablar: Cəlil Məmmədquluzadənin hekayələrinin müzakirəsi” keçirilib.

 Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov 17 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi barədə sərəncamını diqqətə çatdırıb.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimli “Cəlil Məmmədquluzadənin hekayələrində kiçik adam obrazı” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycanın ədəbiyyat tarixində, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətləri olan böyük demokrat yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin geniş yaradıcılığının özünəməxsusluğu, ədibin ictimai-tarixi şəraiti, dövrü, mühiti, o dövr insanların sosial vəziyyəti, cəmiyyətdəki mövqeyi, azadlıq və əsarəti, onun həmişəyaşar əsərlərindəki “kiçik” adamların talehlərindən bəhs olunur.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova “Azərbaycan dilinin inkişafında Mirzə Cəlilin rolu”ndan bəhs edərək bildirib ki,  Azərbaycan demokratik fikrinin görkəmli şəxsiyyətlərindən biri olan Cəlil Məmmədquluzadə zəhmətkeş kütlələrin avamlığını, başqa xalqlara nisbətən ictimai, siyasi və mədəni cəhətdən geridə qaldığını nəzərə alaraq, mətbuatda gedən yazıların sadə, aydın, hamının başa düşəcəyi dildə verilməsini təkidlə tələb edirdi.