Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “MİLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ YAŞADAN NOVRUZ ADƏTLƏRİ” ADLI YARADICILIQ MÜSABİQƏSİNƏ YEKUN VURULUB

02.04.2019

Naxçıvan Dövlət Universitetində “Mili-mənəvi dəyərlərimizi yaşadan  Novruz adətləri” adlı foto-video, əl işləri müsabiqəsinə yekun vurulub. Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz  bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Prorektor bayramın ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb.

Qeyd edək ki, tələbələr tərəfindən çəkilən foto-videolar Naxçıvan Dövlət Universitetinin instaqram səhifəsində yerləşdirilmək üçün müsabiqəyə təqdim olunub. Ümumilikdə, müsabiqəyə 65-ə yaxın foto-video buraxılıb.  Müsabiqədə Novruzun rəmzlərini, adət-ənənələrini, keçirilən mərasimləri əks etdirən materiallar yer alıb. Qaliblər universitetin instaqram səhifəsində ən çox bəyənmə alan 10 video, foto, əl işi arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyası üzrə  Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistr Aynur Həsənli müsabiqənin qalibi olub. Memarlıq ixtisası üzrə I kurs tələbəsi İlahə Babayeva  II, Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Emil Tarverdiyev III, Stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Gür Çetin, həmin ixtisas üzrə Bilal Barış, Fransız dili ixtisası üzrə II kurs tələbəsi Nurcan Əliyeva həvəsləndirici yerə layiq görülüblər.
 
Video müsabiqənin qalibi isə Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs tələbəsi Sunay Abdullayeva olub. Dünya iqtisadiyyatı ixtisası üzrə I kurs tələbəsi Kamal Babazadə, Otelçilik ixtisası üzrə II kurs magistr Ülviyyə Əliyeva II,  Əczaçılıq ixtisası üzrə hazırlıq kursunun tələbəsi Azad Memitanlı III, Dünya iqtisadiyyatı üzrə I kurs tələbəsi Emeka Richard, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Murad Əlkərəmov həvəsləndirici yerə layiq görülüblər.
 
Əl işləri nominasiyası üzrə hazırlanan videolar içərisində Tarix müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Günel Həsənli müsabiqənin qalibi olub. Musiqi təhsili üzrə II kurs tələbəsi Lətifə Quliyeva II, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs magistr Nuridə Məmmədova III, Turizm və otelçilik ixtisası üzrə II kurs magistr Məmləkət Gözəlova həvəsləndirici yerə layiq görülüblər.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.
 
Sonda tələbələrin müsabiqə ilə bağlı təklifləri dinlənilib.