Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA MÜHAZİRƏ TƏŞKİL OLUNUB

08.04.2019

Naxçıvan Dövlət Universitetinin İqtisad və Beynəlxalq münasibətlər və xarici dillər fakültələrində İqtisadi islahatlar elmi – tədqiqatlar institutundan dəvət olunmuş mütəxəssis Gövhər Vəliyeva tərəfindən Azərbaycan və ingilis dillərində mühazirə keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent  Rafiq Rəhimov bu cür mühazirələrin təşkilinin artıq universitetdə ənənəvi hal aldığını vurğulayıb.

 2 gün davam edən mühazirənin birinci günü universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə “İqlim dəyişikliyi haqqında məlumat: iqlim dəyişikliyinin əsas konseptləri və həll yolları” mövzusu ingilis dilində keçirilib və mövzu ətrafında müzakirələr aparılıb.

Eyni gün mövzu İqtisad fakültəsinin birinci kurs tələbələrinin iştirakı ilə Azərbaycan dilində müzakirə olunub. Qeyd olunub ki, iqlim dəyişikliyi sərhəd tanımayan qlobal problemdir. Bir yerdə baş verən emissiya istənilən yerdə yaşayan insanlara təsir göstərir. Nəzərə çatdırılıb ki, bu məsələ, beynəlxalq səviyyədə əlaqələndirilməli tədbirlər tələb edən bir məsələdir və eyni zamanda inkişaf etməkdə olan ölkələrin az karbonlu iqtisadiyyata keçmələrinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq tələb olunur.

 “Davamlı inkişaf məqsədləri haqqında ümumi anlayış” mövzusundan bəhs olunan mühazirənin ikinci günü universitetin İqtisad fakültəsinin ikinci kurs tələbələri iştirak edib. Bildirilib ki, “Qlobal Məqsədlər” kimi də tanınan Dayanıqlı İnkişaf Məqsədləri minilliyin İnkişaf Məqsədlərinin  əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Vurğulanıb ki, Dayanıqlı İnkişaf Məqsədləri təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin