Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NÖVBƏTİ HESABAT KONSERTİ KEÇİRİLİB

09.04.2019

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi “Orkestr alətləri və dirijorluq” kafedrasının hesabat konserti keçirilib.
 
Fakültə daxilində digər musiqi ixtisasları da daxil olmaqla hesabat konsertində tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Müslüm Maqomayevin, Fikrət Əmirovun, Emin Sabitoğlunun əsərləri, “Baladadaşın ilk məhəbbəti” kinofilmindən mahnı, “Balladium”, “Xabanera” və bir-birindən dəyərli kompozisiyalar nümayiş olunub. Tələbələrinin ifasında həmçinin etüdlər də səsləndirilib.

Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır və bu işdə onlara uğurlar arzulayıb.