Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

“NAXÇIVAN MUXTAR RESPUBLİKASININ TƏBİƏT ƏRAZİLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

22.04.2019

Naxçıvan Dövlət Universitetinin Magisrtratura üzrə dekanlığında “Naxçıvan Muxtar Respublikasının təbiət əraziləri” kitabının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2019-cu il nəşr planına uyğun olaraq “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilmiş kitabın elmi, ictimai əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid qeyd edib ki, ölkəmizdə ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ekoloji məsələlərə dövlət səviyyəsində diqqət artırılıb, bu sahədə qanunvericilik bazası formalaşdırılıb, ekoloji fəaliyyətin istiqamətləri müəyyənləşdirilib. Bildirilib ki, dahi şəxsiyyətin müəyyənləşdiridiyi ekoloji strategiya ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublika ərazisində son 25 ildə ekoloji tarazlığın qorunması və əlverişli təbii mühitin yaradılması məqsədilə ən mühüm amil olan yaşıllıqların, meşə ehtiyyatlarının sahəsi 14-%-ə dək artırılıb. Torpaqların geobotaniki tərkibinin qorunması, səhralaşmanın qarşısının alınması sahəsində görülən işlər sayəsində 40 mindən hektardan çox ərazinin suvarılması üçün yeni sututarlar, su kanalları tikilib, torpaqların erroziyaya uğramasınınn qarşısını almaq üçün tədbirlər görülüb. Ekoloji mühitin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması üçün ətraf mühitə olan neqativ təsirlər minimuma endirilib, iqtisadi inkişafda müasir texnologiyalar tətbiq edilib, alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilib.  Vurğulanıb ki, ekoloji tarazlığın qorunmasında, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsində, təbii mühitin unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür.  Naxçıvan ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin`` 2003-cü ildə daha da artdığını diqqətə çatdıran Surə Seyid qeyd edib ‘ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə muxtar respublika ərazisində 12131 hektar sahəni əhatə edən Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və ümumi ərazisi 3139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb. Sonrakı illərdə də muxtar respublika ərazisində xüsusi mühafizə statuslu ərazilərin sahəsinin genişləndirilməsi diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarxili Sərəncamı ilə ərazisi 9118 hektar olan “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu il 22 iyun tarixli Fərmanı ilə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb.
 
Diqqətə çatdırılıb ki, yaradılan və mühafizə edilən qoruq və parklar ali məktəb tələbələri üçün istehsalat təcrübələrinin keçirilməsində əyanilik baxımından xüsusi əhəmiyyətlidir. Kitab-kataloqun nəşri ali təhsil ocaqlarında Naxçıvanın milli qoruq və parkları, ümumiyyətlə, Naxçıvan ekologiyası və təbiəti haqqında seçmə fənnin tədrisinə həsr olunmuş dərs vəsaiti və proqramların nəşri məsələsinə də elmi müstəvidən baxmaq zərurəti yaradacaqdır.
 
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Mayis Əliyev bildirib ki, muxtar respublikada təbiətin qorunması, ekoloji tarazlığın diqqətdə saxlanılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilində əldə edilən uğurlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbiətimizə diqqət və qayğısının nəticəsidir. Həyata keçirilən uğurlu siyasət, sosial-iqtisadi inkişaf, ekoloji strategiya xüsusi mühafizə olunan təbiət ərazilərinin daha da inkişaf edəcəyini, müasir tələblərə cavab verərək təkmilləşəcəyini deməyə əsas verir.  Nazir təbiətsevərlər, ekoloqlar adından Ali Məclisin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.
 
Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd edib ki, bu gün təqdimatı keçirilən kitab ekoloqlar, təbiət¬sevərlər və eyni zamanda bu sahə ilə maraqlanan bütün insanlar üçün əhəmiyyətli mənbədir. Akademik vurğulayıb ki, nəşrdə Naxçıvan təbiətinin gözəlliklərinə, eko¬turizm potensialına xüsusi yer verilib ki, bu da turizmin təbliğ edilməsi, tanıdılması baxımından mühüm önəmə malikdir.
 
Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Əli ¬Həsənov qeyd edib ki, müasir dövrdə təbiətin mühafizə edilməsi ilə bərabər iqtisadi inkişafda bu təbii sərvətlərdən səmərəli istifadə, xüsusilə ekoturizmin inkişaf etdirilməsi üstünlük verilən istiqamətlərdəndir. Yeni nəşrdə yer alan materiallar, onların tələbə və gənclər üçün önəmi barədə ətraflı məlumat verilib.

Naxçıvan Dövlət Televiziyasının muxtar respublikanın əsararəngiz təbiətinə həsr etdiyi “Naxçıvan zəngin təbiəti” adlı filmi nümayiş olunub. Sonda  Tələbə Turizm Assosiasiyasının hazırladığı guşə ilə tanışlıq olub.