Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “İDEYADAN BAŞLANĞICA” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİM TƏŞKİL OLUNUB

23.04.2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi yanında Tədris Mərkəzinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib.
 
Təlim və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov  tədbiri giriş sözü ilə açaraq Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının gənclərin mütərəqqi ideyalarına dəstək verdiyini vurğulayıb.

Sonra Mərkəzinin direktoru, ekspert qrupunun üzvü Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təlimi dinlənilib. O, təqdimatında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində geniş məlumat verib, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb. Aktiv tələbələrə sertifikatlar təqdim olunub.

Sonda tələbələrin ideyaları ilə bağlı ekspert qrupunun üzvləri ilə birlikdə ümumi fikir mübadiləsi aparılıb. Təklif olunan layihələrlə əlaqədar digər hami təşkilatların nümayəndələri də öz fikir¬lərini bölüşüblər.