Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA 23 APREL BEYNƏLXALQ KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ QEYD OLUNUB

23.04.2019


Naxçıvan Dövlət Universitetində "23 aprel Beynəlxalq Kitab və müəlliflik hüququ günü" ilə əlaqədar "Kitab əlçatmaz xəzinələrin açarı, bəşəri sərvətdir" adlı yazı müsabiqəsinin yekun tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti barədə məlumat verib. Bildirilib ki, kitab günü, 1995-ci ildə Parisdə, “BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı – UNESCO-nun Baş Konfransında qəbul edilmiş qərarla təsdiqlənib, 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur.

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova gənclərin diqqətinin mütaliəyə çəkməyin yollarından, eyni zamanda “Oxumağı Sevdirmək” layihəsi haqqında geniş məlumat verib.

Müsabiqə komissiyasının sədri, Jurnalistika və Kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva qeyd edib ki, müsabiqəyə 20-yaxın yazı təqdim edilib. Diqqətə çatdırılıb ki, müsabiqədə universitetin bakalavr, magistr və dissertant da daxil olmaqla  universitetdə təhsil alan, yaradıcılıq qabiliyyəti olan hər bir gənc iştirak edib. Vurğulanıb ki, təqdim olunmuş yazıların  qiymətləndirmə meyarları mövzunun əhatə olunması, araşdırma və əsaslandırma, ifadə vasitələrinin zənginliyi ilə seçilib və  daha çox tələbələrin yaradıcılıq istiqamətində axtarışları dəyərləndirilib.
 
Sonda tələbələrin mükafatlandırlması olub. Münsiflər heyətinin qərarı ilə Jurnalistika ixtisası üzrə 1 ci kurs tələbəsi Qızbəsti Quliyeva qalib olub. Müalicə işi ixtisası üzrə III kurs tələbəsi Nuray Quliyeva II,  Riyaziyyat-İnformatika müəllimliyi ixtisası üzrə 1 cu kurs tələbəsi Zümrüd Rzazadə III, Jurnalistika ixtisası üzrə 1 ci kurs tələbəsi Rahimə Mustafayeva, Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Əhməd Əhmədzadə isə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.