Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASI DÖVLƏT NƏQLİYYAT XİDMƏTİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

10.05.2019

  Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd   edib  ki, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi   müəyyənləşdirilib. Rektor universitetdə Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin nəzdində İnnovasiya Mərkəzinin fəaliyyətindən danışıb. Vurğulanıb ki, innovativ layihələrin üzə çıxarılması və peşəkar ekspert qrupları ilə birgə dəyərləndirməsi mərkəzin əsas   fəaliyyət istiqamətidir.

 Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev müvafiq Sərəncamın icrası məqsədilə qarşıya qoyulmuş vəzifələrdən danışıb. Bildirilib ki, Xidmət tərəfindən ali və orta ixtisas təhsili müəssisələri ilə birgə qarşılıqlı “Tədbirlər Planı”   hazırlanıb. Diqqətə çatdırılıb ki, layihələrin qiymətləndirilməsi, Xidmətdə təkliflərin dəyərləndirilməsi üçün “Ekspert qrupu” və ictimai əsaslarla fəaliyyət göstərən “Startapların Dəyərləndirilməsi Mərkəzi” yaradılıb. Xidmət rəisi vurğulayıb ki, Naxçıvan Dövlət Universitetinin   “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” və Naxçıvan Dövlət Texniki Kollecinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrlə birgə yaradılan “Nəqliyyat könüllüləri” qrupu avtonəqliyyat xidməti sahəsində könüllülərin yetişdirilməsi ilə yanaşı, gələcəkdə   onların Dövlət Nəqliyyat Xidmətində və aid təşkilatlarda müvafiq işlə təmin olunmasına şərait yaradacaqdır.

Xidmətin əməkdaşı Zamiq Cəlilov slayd vasitəsilə tələbələri Startap layihələri, startap layihələrinin uğurlu biznesə çevrilməsi yollarından danışıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.