Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “İDEYADAN BAŞLANĞICA” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏLİM TƏŞKİL OLUNUB

10.05.2019

Naxçıvan Dövlət Universiteti ilə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib.

 Universitetin rektoru,  AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq sərəncamın əhəmiyyətindən, hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsindən, hamiliklə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

 Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov  bildirib ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamlarında verilmiş tapşırıqlara uyğun olaraq Universitetin Tibb fakültəsi və Tibb Kolleci tələbələrinin, həkim-rezidentlərinin tibb müəssisələrində təhsil və praktik təcrübələrin mənimsənilməsi üçün əhəmiyyətli işlər görülür.

 Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kadr, elm və təhsil sektorunun müdiri  Səmayə İbrahimova, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı Elsevər Əsədov çıxış edərək muxtar respublikada investisiya mühitini yaxşılaşdırılması üçün atılan addımlardan söhbət açıblar.

 Tədbirin sonunda müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.