Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NÖVBƏTİ USTAD DƏRSİ TİBB FAKÜLTƏSİNDƏ KEÇİRİLİB

14.05.2019

 Naxçıvan Dövlət Universitetində artıq ənənə halını alan ustad dərsləri növbəti dəfə universitetin Tibb fakültəsində keçirilib. Fakültədə dərsləri Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama-ginekologiya kafedrasının professoru İzzət Şamxalova keçirib. Mühazirələrdə fakültənin Müalicə işi, Profilaktika  ixtisasının tələbələri iştirak ediblər. Professor tələbələrə hamiləliyə hazırlıq prosesinin gedişatını izah edib, hamiləlik dövründə baş verə biləcək xəstəliklər, klassik doğuş və doğuşun digər formaları haqda danışıb. Tələbələr dar çanaqlarda doğuşun aparılma texnikası, taktikası, fəsadları haqda
 məlumatlandırılıb. Mühazirələr hər gün iki dərs olmaqla iki gün davam edib. Professor müəllim və tələbələrin suallarını cavablandırıb, mühazirələr qarşılıqlı diskussiya şəklində keçirilib.

Qeyd edək ki, dərslərdə tələbələlə birgə fakültənin müəllimləri də iştirak ediblər. Məlumat üçün onu da vurğulayaq ki, universitetin bütün fakültələri, xüsusən də Tibb fakültəsinə mütəmadi olaraq Azərbaycandan və Türkiyə Respublikasından professor-müəllim heyəti dəvət olunur. Dəvət olunan mütəxəssislər universitetimizdə müəllim və tələbələrin təcrübi bacarıqlarını artırmaq üçün başlıca amildir.