Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “RƏNGLİ ZİYA” ADLI FƏRDİ SƏRGİ TƏŞKİL OLUNUB

30.05.2019

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Təsviri İncəsənət ixtisasının IV kurs tələbələri Nurtac Zamanova və Türkan Quliyevanın  “Rəngli ziya” adlı fərdi sərgisi təşkil olunub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq tələbələrin fərdi sərgilərinin təşkil olunmasının gələcək peşə fəaliyyətində əhəmiyyətli olacağını bildirib və gələcəyin rəssamlarına uğurlar arzulayıb.

İncəsənət fakültəsinin dekanı, sənətkarlıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova, Təsviri İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Xalq rəssamı Həbibə Allahverdiyeva və Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev tələbələrin 4 illik tələbəlik dövründəki fəaliyyətlərindən və qazandıqları uğurlardan danışıblar. Bildirilib ki, sərgidə müxtəlif janrlarda hər tələbəyə 30 əsər olmaqla, ümumilikdə 60 rəsm əsəri nümayiş olunub.

 Gənc rəssamlar göstərilən dövlət qayğısına görə minnətdar olduqlarını bildiriblər.

Sonda hər iki tələbəyə diplom təqdim olunub.