Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

HİNDİSTAN RESPUBLİKASININ AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ VANLALVAVNA BAVİNTLUNQ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

31.05.2019

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin qarşısında qonaqları salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov onları ali təhsil ocağında  görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində davam edən tədbirdə  rektor ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirib. Universitetdə hal-hazırda 500-ə yaxın xarici tələbənin təhsil aldığı vurğulanıb. Qeyd edilib ki, universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir.

Səfir Azərbaycan və Hindistan arasında rəsmi əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərin təhsil sahəsində də gücləndirilməsinin vacibliyini qeyd edib.  Diplomat universitetdə hər bir fakültə üçün ayrıca tədris korpusunun olmasını heyranlıqla qarşılayıb. Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub. Sonda tələbələrin sualları cavablandırılıb