Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT ENERGETİKA XİDMƏTİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

03.06.2019

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  müvafiq Sərəncamla hami təşkilat və universitet arasında əlaqələr genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, dayanıqlı əmək bazarının yaradılmasına xidmət edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətin rəisi Namiq Paşayev bildirib ki, hamiliyə verilən ixtisalarda təhsil alan tələbələrin Xidmətin tabeliyində olan ayrı-ayrı qurumlarında təcrübə keçmələrinə şərait yaradılıb və onlara mühəndislər tərəfindən istehsalata dair ilkin biliklərin öyrədilməsi təmin edilib. Fakültənin möhkəmləndirilən maddi-texniki bazası əsasında tələbə-gənclərin yaradıcılıq imkanlarının ortaya çıxarılması üçün əlverişli zəmin yaradılıb. Vurğulanıb ki, qarşıya yeni layihələrin (startapların) həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qrupların yaradılması, startapların qəbulu və təqdimatlarının keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Sərəncamın icrasını təmin etmək məqsədilə Xidmətdə ekspert qrupu yaradılıb. Xidmətin rəisi onu da diqqətə çatdırıb ki, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması məqsədilə ötən dövrdə Dövlət Energetika Xidmətinin rəsmi saytı yenilənib və saytda “Startap layihələri” bölümü açılıb.

Xidmətin aparıcı məsləhətçisi Yunis Seyidov vurğulayıb ki, elmi texniki tərəqqini elektrik enerjisi olmadan təsəvvür etmək qeyri-mümkündür. Müasir dövrdə bütün elm sahələrində olduğu kimi elektoenergetika sahəsində də innovasiyalar, yeni təşəbbüslər, və ideyalar irəli sürülür. Hazırda elektroenergetika sahəsində əsasən enerjinin istehsalı, nəqli və məişətdə istifadəsi sahəsində startaplar geniş yayılıb.

Sonda tələbələrin sualları cavablandırılıb,  təklifləri dinlənilib.