Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

BAKI KONQRESS MƏRKƏZİNDƏ “ENACTUS 2019” MİLLİ YARIŞININ AZƏRBAYCAN MƏRHƏLƏSİ KEÇİRİLİB

03.06.2019

 

Universitetin rektoru, AMEA-nin müxbir üzvü Saleh Məhərrəmov bu layihədə iştirak edən tələbələrlə görüş keçirib. Bildirilib ki, Enactus layihəsi 2008-ci ildə yaradılan Tələbələr Azad Sahibkarlıq Fəaliyyətinin (SİFE) –ın davamıdır. Diqqətə çatdırılıb ki, bu layihə ali təhsil müəssisələri və biznes strukturları arasında qlobal partnyorluq, tərəfdaşlıq və əməkdaşlıq təşkilatının dünya universitetləri arasında əlaqələrin qurulması, tələbələr arasında  azad sahibkarlıq sahəsində bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Komandanın üzvlərinə universitetimizi layiqincə təmsil etdiklərinə görə təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, mayın 25-ə keçirilən Enactus Qlobal proqramının Azərbaycan milli turunda univeristetimizin komandası da iştirak edib. Hər komandaya ən azı 2 layihə olmaqla, 12 universitetin iştirak etdiyi yarışda birinci yerə Dövlət İdarəçilik Akademiyasının komandası layiq görülüb.