Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TƏLƏBƏLƏRİN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ İSTEHSALAT TƏCRÜBƏSİ UĞURLA YEKUNLAŞIB

07.06.2019

Naxçıvan Dövlət Universiteti Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbələrinin Ağır Cinayətlər Məhkəməsində istehsalat təcrübəsi uğurla yekunlaşıb. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq  Sərəncamların bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlara malik olduğunu diqqətə çatdırıb. Nəzəri biliklərin təcrübədə möhkəmlənməsi dünya praktikasına söykənən yeni təhsil konsepsiyasının artıq muxtar respublikada da uğurla icra olunduğu vurğulanıb. Rektor təcrübədə fəallıq nümayiş etdirən tələbələri təbrik edib.

Qeyd edək ki, tələbələr 7 həftə təcrübə dövrü ərzində məhkəmədə arviv işi, məhkəmə qovluqlarının formalaşdırılmasının öyrənilməsi, məhkəmədə arxiv işinin təşkili qaydaları ilə tanış olublar. Vəkilin, dövlət ittihamçısının rolunu öyrənən tələbələr məhkəmə proseslərində tərcüməçinin,  şahidin vəzifələrinin nədən ibarət olduğunu öyrəniblər. Məhkəmə prosesinin aparılma qaydası, məhkəmədə çarpaz dindirmənin mahiyyəti, təqsirləndirilən şəxsin məhkəmədə  hüquqları və son sözü təcrübə prosesində əyani olaraq tələbələrə izah edilib. Tələbələr xoş təəssüratla təcrübəni başa vurublar. Məlumat üçün onu da bildirək ki, tələbələrin təcrübədə göstərdikləri fəallığı qiymətləndirən Ağır Cinayətlər Məhkəməsinin Sədri Hüseyn Məmmədov onlara Fəxri Fərman da təqdim edib.