Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TƏLƏBƏLƏRİN MÜKAFATLANDIRILMA MƏRASİMİ OLUB

07.06.2019

Naxçıvan Dövlət Universitetində tələbələrin mükafatlandırılma mərasimi olub. Müxtəlif idman yarışları, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, bilik yarışmalarında, ümumiyyətlə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrin də qatıldığı tədbirdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud imkanları qiymətləndirən-rektor keçirilən tədbirlərin  əhəmiyyətini vurğulayıb.

Sonra yarışlarda iştirak edən tələbələrin mükafatlandırılması olub.  İran İslam Respublikası birinciliyində və Naxçıvan open – 2019 beynəlxalq turnirində karate üzrə yarışlarda qalib olan Sərcan Məmmədov mükafatlandırılıb.

Azərbaycan Respublikası Ali məktəb tələbələrinin XIV “Universiadası”nda sərbəst güləş üzrə Babayev Ceyhun III yerə layiq görülüb.

Haça dağa yürüş muxtar respublika birinciliyində keçirilən yarışda Gülayə Cəfərova II, “Naxçıvan Muxtar Respublikası-95” devizi altında keçirilən süni divara dırmanma yarışına türkiyəli tələbə Nazlıcan Çakır I,  Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafonda Gülayə Cəfərova I, 28 may Respublika gününə həsr olunmuş Tir  və Stend atıcılığı üzrə universitetin komandası I yerə çıxıblar.
 
 Ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən muxtar respublika birinciliyində peyntbol komandamız I, “vətən naminə” hərbi idman oyunları üzrə komandamız II yeri qazanıb.

Badminton üzrə qızlar arasında muxtar respublika birinciliyində Şəlalə Əsgərova I,  Nərgiz Məmmədli III yerin sahibi olublar.

Universitetin tələbələri arasında voleybol və stolüstü tennis  üzrə İqtisad, Şahmat üzrə Sosial idarə etmə və hüquq , futbol üzrə Xarici tələbələrlə iş üzrə dekanlıq qalib olublar.

Ümumi yarışların nəticələrinə görə 6 xal  ilə İqtisad fakültəsi I yerin sahibi olub.

Azərbaycan Respublikası Ali məktəbləri arasında keçirilən “Poliqon” İntellektual birinciliyində univeritetin diplomat komandası olkə üzrə I yerə çıxıb. Eyni zamanda universitet daxilində keçirilən bilik yarışmalarında, yazı müsabiqələrində fərqlənən və universitetin ictimai həyatında tələbələr mükafatlandırılıb.

Qaliblər universitetin diplomu və müxtəlif hədiyyələrlə təltif olunub.