Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “SABAHIN MÜƏLLİMİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ PEDAQOJİ PROFİLLİ İXTİSASLARIN BURAXILIŞ KURS TƏLƏBƏLƏRİNƏ VAKANSİYALAR TƏQDİM OLUNUB

24.06.2019

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov çıxış edərək müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarət olan yeni layihənin muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərəcəyini bildirib.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları”na uyğun olaraq müəllimlərin dövlət ümumi təhsil  müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Diqqətə çatdırılıb ki, vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Şöbə müdiri Abdulla Əsgərov pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə muxtar respublika ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.