Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

27.06.2019

Naxçıvan Dövlət Universitetində 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbir iştirakçılarını  Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. 2016-cı ilin Aprel döyüşlərində, 2017-ci ilin may ayında  Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər daxil olmaqla 11 min hektar ərazinin Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünün və qüdrətinin göstəricisi kimi dəyərləndirilib.

Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Nazim Həsənov “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxışında bildirib  ki, ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyulub. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

Tədbirdə tələbələrin bədii qiraəti dinlənilib. Sonda “Heydər Əliyev irsində hərb tarixi” adlı sənədli film nümayiş olunub.