Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “DÖVLƏT İDARƏÇİLİYİNDƏ İNNOVATİV TEXNOLOGİYALAR: AZƏRBAYCAN RESPUBLİKASININ TƏCRÜBƏSİ” MÖVZUSUNDA DİSTANT TƏLİM KEÇİRİLİB

28.06.2019

  Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birbaşa canlı yayım vasitəsilə həyata keçirilib. Təlimi Akademiyanın rektoru, akademik Urxan Ələkbərov aparıb.  
       
Akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü, iqtisadi siyasət dünyanın mötəbər təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu sahədə Azərbaycan təcrübəsi öyrənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müasir tələblərə uyğun kurs, seminar, treninq, səyyar məşğələlər təşkil edir.

Distant təlimdə Naxçıvan şəhər və rayonların icra hakimiyyəti aparatlarının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri  iştirak ediblər.