Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 15 SENTYABR BİLİK GÜNÜ QEYD OLUNUB

16.09.2019

Naxçıvan Dövlət Universitetində 15 sentyabr Bilik günü qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov   müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla icrasından danışan rektor tədris prosesinin kredit sistemi əsasında təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə məlumat verib. Rektor bildirib ki, bu il bakalavr üzrə 1029, magistratura üzrə isə 139 tələbə universitetə qəbul olub.

Tədbirdə  yüksək bal toplamış tələbələrin valideynləri adından Ruhəngiz Əsgərova onları təbrik edib, bundan sonrakı tələbə həyatında onlara uğurlar arzulayıb.

Birinci kurs tələbələri adından 651 balla universitetin Sosial idarəetmə və hüquq fakültəsinin -Hüquqşünaslıq ixtisasına qəbul olmuş Səmanə İmanova  çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib. Göstərilən yüksək etimadı təhsildə qazanacağı uğurlarla dolduracağına əminliyini ifadə edib.

Sonra 600-dən yüksək balla universitetə qəbul olan tələbələrə tələbə bileti və “Naxçıvan Ensiklopediyası” təqdim olunub.

Sonda universitetin tanıtım filmi nümayiş olunub.