Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TİBB FAKÜLTƏSİNDƏ MÜHAZİRƏ TƏŞKİL OLUNUB

25.09.2019


Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinə Ukrayna dövlətindən dəvət edilən  Uşaq Kardiocərrahiyyə və Kardiologiya mərkəzinin direktoru, tibb elmləri  doktoru, professor İlya Yemets mühazirə keçib. Professor gələcəyin həkim kadrlarına  peşə fəaliyyətlərində elmi-tədqiqat işlərinin önəmindən, təcrübi dərslərin nə qədər əhəmiyyətli olduğundan danışıb. Profesor 3 günlük uşaqların üzərində aparılan açıq ürək cərrahiyyə metodlarından ətraflı məlumat verib. Hamiləliyin 18-ci həftəsində belə ürək problemlərinin aradan qaldırılmasının mərkəzin əsas fəaliyyəti olduğunu önə çəkən - qonaq mərkəzdə indiyə qədər 17000-ə qədər əməliyyatın keçirildiyini vurğulayıb. Qeyd edilib ki, klapanların çatışmaması, aorta klapanlarında olan qüsurlar mərkəzdə müayinə və müalicə olunur.  Professor hətta bədənin heç bir yerində kəsiklər etmədən keçirilən əməliyyatlardan danışaraq ağciyər venasının ürəyə yox, diafraqma altına və qaraciyərə getməsi qüsurunun müayinə və müalicəsində istifadə etdikləri üsulları tələbələrə izah edib.

Professor tələbələrin suallarını cavablandırıb, gələcəyin həkimlərinə öz tövsiyyələrini  çadırıb.