Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ŞAİR ƏBÜLFƏZ MUXTAROĞLUNUN YARADICILIQ GECƏSİ

17.12.2012

 


Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən “Gəmiqaya” Ədəbi Birliyinin təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti, şair Əbülfəz Muxtaroğlunun yaradıcılıq gecəsi keçirildi. Gecəni giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Əbülfəz Muxtaroğlunun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Əbülfəz Quliyev 1972-ci ildə indiki Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili kafedrasında müəllimi kimi fəaliyyətə başlamış, “Şahbuz şivələrinin leksikası” adlı dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda Naxçıvan Dövlət Universitetinin  Azərbaycan dilçiliyi kafedrasının dosenti olan Əbülfəz Quliyev Naxçıvan Müəllimlər İnistitunda Dillər və ədəbiyyat kafedrasının müdiri vəzifəsində də çalışmışdır. Onun müəllifi olduğu 5 kitabı, 60-dan çox elmi məqaləsi elmi yaradıcılıqla ilə bədii düşüncənin təzahürüdür.   

Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktou Arif Ağalarov şair Əbülfəz Muxtaroğlunun yaradıcılıq yolu haqqında ətraflı məlumat verdi.                                           
Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanəli Kərimli, Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov çıxışlarında şairin şerlərində doğma yurdun təbiəti, özünəməxsus gözəllikləri, həmçinin çətinliklərə dözən, hissə qapılmayan, səbr, dözümün hiss edildiyini qeyd etdilər.                            
Bədii hissədə tələbələr şairin şerləri bədii qiraət olundu. Naxçıvan Müəllimlər İnstitunun müəllimi, şairə Süsən Kərimli şairin şerlərinə nəzirələri səsləndirdi. Xalq çalğı alətləri kafedrasının müəllimi Zeynəb Yusifova, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Elmi Metodik Mərkəzin “Ozan” Yaradıcılıq Studiyasının rəhbəri Könül Taroyeva şairin şerlərini qədim musiqi alətimiz olan sazda ifa etdilər.                                    
Gecənin səbəbkarı Əbülfəz Muxtaroğlu çıxış edərək, onu sevən oxucularını öz şerlərini səsləndirməklə sevindirdi və  tədbirin təşkilində əməyi keçənlərə, universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi.