Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “AZƏRCELL TELEKOM” MMC TƏRƏFİNDƏN TƏLƏBƏLƏRƏ AYLIQ TƏQAÜDLƏRİN VERİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

02.10.2019

 Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov tədbirin mahiyyəti haqqında məlumat verib. Prorektor universitetimizdə mütəmadi keçirilən bu tədbirlərin tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini vurğulayıb.

İnsan kaptalının idarə edilməsi, istedadların cəlb edilməsi və profesional inkişaf şöbəsinin kiçik mütəxəsisi Gülüstan Cəfərova təqaüd proqramı haqqında ətraflı məlumat verərək  bildirib ki, bu əhəmiyyətli təqaüd proqramını həyata keçirməkdə əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir. Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.

Şirkətin nümayəndələri həmçinin qeyd ediblər ki, 2008-ci ildən indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 156-dan artıq tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Tələbə təqaüdü proqramı Bakı, Bölgə, Sabah olaraq 3 istiqamətdə həyata keçirilir. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi internet səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidir. Diqqətə çatdırılıb ki, ərizələr yalnız onlayn formada qəbul edilir. Təqaüd proqramının sonunda isə tələbələr sertifikat ilə təmin olunurlar. Diqqətə çatdırılıb ki, ötən il Sabah qruplarından 9, Bakıdan 9, Naçıvandan 3 tələbə müsabiqənin qalibi olub.

Sonda tələbələrin sualları cavablandırılıb.