Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

04.10.2019

Naxçıvan Dövlət Universitetində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda 40-a yaxın dekorativ, rəngkarlıq, qrafika, tətbiqi sənət nümunələrinin əks olunduğu sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən tədbiri giriş sözüylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllimlər gününün tarixinə nəzər salaraq qeyd edib ki, 1994-cü ildən YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü  tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. Bildirilib ki, ümummili lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Rektorun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Rektor əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra universitetin bir qrup müəllimi əlamətdar tarixi gün münasibətilə  təbriknamə və hədiyyələrlə təltif edilib.

Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva çıxışında vurğulayıb ki,  muxtar respublikamızda müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Diqqətə çatdırılıb ki, təhsil sistemimizin hərtərəfli qayğıyla əhatə olunması dövlətin öz gələcəyini daha etibarlı və işıqlı görmək əzmindən xəbər verir.

Tələbələrin bədii qiraəti, İncəsənət fakültəsi tələbələrinin ifasında musiqi nömrələri tədbiri daha yaddaqalan edib.