Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA FAKÜLTƏLƏRARASI İDMAN YARIŞLARINA START VERİLİB

09.10.2019

Naxçıvan Dövlət Universitetində fakültələrarası idman yarışlarına start verilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Fiziki tərbiyə və idman oyunları kafedrasının müəllimi pedaqogika üzrə elmlər doktoru, dosent Həsən Babayev universitetin rektoru, AMEA-nın muxbir üzvü Saleh Məhərrəmova raport verib.

Rektor çıxış edərək universitetin idman sahəsindəki son əhəmiyyətli uğurlarından bəhs edib. Qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin hərbi-vətənpərvərlik ruhunda, mənəvi və fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirilib. Rektor yarış iştirakçılarına uğurlar arzulayıb.

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, idman klubun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb.  Bunun üçün universitetdə yaradılan idman klubunda 15 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir.
 
İlk olaraq oğlanlar arasında voleybol yarışı ilə turnirə start verilib. Uduzan çıxır prinsipi ilə 10 fakütə mübarizə aparıb. Final oyununda Pedaqoji və Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandası qarşılaşıb.  Pedaqoji fakültənin komandası qalib olub.