Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜLKİ MÜDAFİƏNİN TƏDRİSİNƏ DİQQƏTƏ ARTIRILMALIDIR DEVİZİ ALTINDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

16.10.2019

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyini iştirakı ilə “Ali təhsil müəssisələrində mülki müdafiənin tədrisinə diqqətə artırılmalıdır” mövzusunda konfrans keçirilib. Universitetin I kursunda təhsil alan tələbələrin qatıldığı tədbiri giriş sözü iə açan universitetin prorektoru, Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov tələbələrin maarifləndirilməsi istiqamətində aparılan tədbirin əhəmiyyətini qeyd edib.
 
 “Ali təhsil müəssisələrində mülki müdafiə işinin təşkili və planlaşdırılmasına qoyulan müasir tələblər” mövzusunda nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin, mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi, kapitan Rəcəb Səfərov təhsil müəssisələrinin mülki müdafiə sahəsində vəzifələrinin nədən ibarət olduğunu bildirib,  “Mülki müdafiə haqda Azərbaycan Respublikasının Qanunu” nun tələbləri vurğulanıb.
Mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçi Azadə Cəfərova “Muxtar respublikada ehtimal olunan fövqəladə hallar və bu hallara hazırlığın psixoloji aspektləri” mövzusunda təbii və texnogen mənşəli fövqəladə hallar və onlardan necə qurtulmaq yolları barədə tələbələri ətraflı məlumatlandırıb.
 
“Ali təhsil müəssisələrində yаnğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Dəm qаzı və ondаn mühafizə  yollаrı” adlı çıxışında mülki müdаfiəyə və fövqəlаdə hаllаrа hаzırlıq bölməsinin əhаlinin mааrifləndirilməsi və mеtodiki yаrdımın təşkili üzrə bаş məsləhətçisi Əbülfəz Qafarov vətəndaşların məsuliyyət daşıdıqları məsələlər, hüquqları haqda məlumat verib. İlkin yanğınsöndürmə vasitələri tələbələrə izah edilib. Yanğın təhlükəsizliyi sahəsində ümumi tələblər , yaşayış binalarında yanğın zamanı hərəkət qaydaları tələbələrə slayd vasitəsilə əyani göstərilib. Qeyd edək ki, çıxış edənlərin slayddan istifadə etməsi tələbələr üçün daha anlaşılan və yaddaqalan olub.