Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TÜRKİYƏLİ TƏLƏBƏLƏR TƏCRÜBƏLƏRİNİ ARTIRMAQ ÜÇÜN NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNƏ GƏLİBLƏR

28.10.2019

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq Qars Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan türkiyəli tələbələr Naxçıvan Dövlət Universitetinə gəliblər. 3 bakalavr, 1 magistr olmaqla 4 tələbə və 1 müəllim heyətinin iştirakı ilə qonaqlar keçdikləri ixtisaslara uyğun mühazirələr dinləyiblər. Bir həftəlik təcrübə müddətində tələbələr universitetin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında tədris olunan dərslərdə iştirak edib, birgə müzakirlər aparıblar. Tələbələrin təcrübəsində faydalı əhəmiyyət daşıyacağı nəzərə alınaraq Jurnalistika və kitabxanaçılıq kafedrasında dilçiliyin elmi-nəzəri məsələlərinə dair dəyirmi masa təşkil edilib. Müzakirədə Azərbaycan dilçiliyi kafedrasının müəllimləriylə birgə dilçiliyin ümumi cəhətlərindən bəhs edilib. Qonaqlar Azərbaycan və türk dillərinin qarşılıqlı cəhətlərindən danışıblar. Qars Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları fakültəsinin Azərbaycan türkcəsi və Ədəbiyyatı ixtisası üzrə dosent, əslən Qazaxıstandan olan  Çulpan Zaripova  Çetin “Universitet” televiziyasına müsahibə  verib. Tələbələrin musiqi sahəsində xüsusi bacarıqlarını nəzərə alan universitet heyəti tələbələrin İncəsənət fakültəsində konsertini də təşkil ediblər. Emre Nalbantoğlu, Meltem Kaymakçı  başda olmaqla Naxçıvan Dövlət Universiteti tələbələrinin də qatıldığı konsert maraqlı və yaddaqalan olub. Tələbələr eyni zamanda Naxçıvanın tarixi yerlərinə ziyarət ediblər, muzeylərə ekskursiyalar təşkl edilib.

Qeyd edək ki, universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və bacarıqlarının artırılmasında, yüksək ixtisaslı kadr kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir.