Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN HÜQUQ ÜZRƏ MƏSLƏHƏTÇİLƏRİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

07.11.2019

Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti və iş prinsipləri haqda mühazirə demək üçün cəmiyyətin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetinə dəvət edilib. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayıb, artıq 3 ildir ki, təşkil edilən mühazirələrin əhəmiyyətini vurğulayıb. İki gün davam edən mühazirələrdə tələbələrə bildirilib ki, komitə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılıb. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən  hərəkat Beynəlxalq Qırmızı Xaç Komitəsi, 190 Qızıl Xaç və Qırmızı Aypara (QXQA) Cəmiyyətindən və QXQA Cəmiyyətlərinin Beynəlxalq Federasiyasından ibarətdir. Diqqətə çatdırılıb ki, 1863-cü ildə yaradılan komitə Cenevrə Konvensiyalarının və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsasında durur, müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən və onları müdafiə edən müstəqil, neytral təşkilatdır. Mühazirənin ilk günündə Beynəlxalq humanitar hüququn tələblərindən döyüşlərin aparılmasına dair qərarverməyə dair müddəalar slaydlar vasitəsilə izah edilib.
 
Komitənin əməkdaşı mühazirənin ikinci günündə Nüvə silahlarının beynəlxalq hüquqla tənzimlənməsi qaydalarından danışıb. Qarşılıqlı fikir mübadiləsi  şəklində təşkil edilən mühazirələrdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları dinlənilib.