Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 9 NOYABR-BAYRAQ GÜNÜ QEYD OLUNUB

07.11.2019

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində 9 Noyabr-Bayraq gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. Məhz Ulu Öndər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında müstəqiliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edilib. Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikası Dövlət Bayrağı gününün” təsis edilməsi haqqında Sərəncamını xatırladıb. Diqqətə çatdırılıb ki, bu sərəncamla hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd edilir.

Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev “Azərbaycan bayrağı dövlətçiliyimizin rəmzi kimi” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında"  2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən  Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılmasından danışıb.

Müalicə işi ixtisası üzrə I kurs tələbəsi Aysel İsayeva vətənə, dövlətimizin simvollarına hörmət və ehtiram nümayiş etdirməyi, gənclərin ən müqədəs amalı, vəzifəsi hesab edib.

Tədbir tələbələrin bədii qiraəti ilə davam edib. Sonda əlamətdar tarixi günlə əlaqədar videoçarx nümayiş olunub.