Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ BİR İLK "QIZIL PAYIZ" ADI ALTINDA AÇIQ SƏMA ALTINDA RƏSM MÜSABİQƏSİ

25.11.2019

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisası tələbələri ilə birgə universitetin kampusunda "Qızıl payız" adı altında açıq səma altında rəsm müsabiqəsi təşkil edilib. 18 tələbənin qatıldığı bu müsabiqəyə fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova və Təsviri incəsənət kafedrasının müdiri, Əməkdar rəssam Həbibə Allahverdiyeva rəhbərlik edib.

 Müəllimlər tələbələri mövzu haqda məlumatlandıraraq onlarda çəkdikləri mənzərə və kompozisiyalar haqqında fikir formalaşdırıblar. Tələbələr universitetin müxtəlif tərəfdən görüntülərini əks etdirən tablolarla  bərabər rəngli yarpaqlarla dekorativ tətbiqi sənət nümunələri də yaradıblar. I kurs tələbələrin üstünlük təşkil etdiyi müsabiqədə universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov da iştirak edib, ali təhsil ocağında ilk dəfə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi tələbələrin peşə bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynayır, onların canlı performansları, öz qabiliyyətlərini göstərməsi baxımından diqqətəlayiqdir.

Məlumat üçün onu da bildirək ki, çəkilən rəsmlər və əl işlərinin univesitetin ərazisində sərgisi təşkil olunub və maraqlı yaradıcılıq nümunələri universitet rəhbərliyi tərəfindən təltif olunub.