Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

“ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİ”NƏ DAİR TƏDBİR KEÇİRİLİB

27.11.2019

Naxçıvan Dövlət Universitetində reallaşan tədbirə giriş sözü ilə başlayan Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov və Dövlət Miqrasiya Xidməti rəisinin  müavini Elnur Məmmədov bildiriblər ki, bu cür tədbirlərin təşkili muxtar respublikamızda təhsil alan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xüsusi xidmət edir.

    Sonra Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Kənan Məmmədov əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti yarandığı ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında quraraq əcnəbilərin hüquqi təminatçısına çevrilib.

    Diqqətə çatdırılıb ki, Muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla yanaşı, eyni zamanda həm də ölkədə yaşama hüququna malik olurlar. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənən zaman tələbələr üçün güzəştlərin olduğu diqqətə çatdırılıb.    

    Tədbirdə çıxış edən Xidmət əməkdaşı Tural Bayramov əcnəbilərin muxtar respublika ərazisində olma və yaşama müddətində hüquq və azadlıqları, vəzifələri, eyni zamanda olma və yaşama yaşama qaydalarının pozulmasına görə inzibati məsuliyyətləri barədə məlumat verib.

    Əcnəbi tələbələrin hüquq və vəzifələri, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı olan məlumatları aydın formada başa düşə bilmələri üçün çıxışlar, təqdim edilən slayd və videoçarxlar ingilis dilində də səsləndilirib.

    Universitetin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə hazırlıq kursunun tələbəsi Novruz Gökmen. Dövlət Miqrasiya Xidmətinin onlar üçün yaratdığı şəraitdən danışıb, təşkil olunan maarifləndirmə tədbirlərinə və sənədləşdirmə işlərində göstərdikləri xidmətə görə minnətdarlığını bildirib.

    Sonra əcnəbi tələbələrə Xidmət tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

    Tədbirdə tələbələrin sualları cavablandırılıb və müvafiq müraciətlər qəbul olunub.

    Sonda əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 95 illiyi keçirilən Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil edilib. Məlumat verilib ki, beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoyub.
 
    Təşkil etdilən tədbir xoş ovqat yaradıb. Bu tədbirlər muxtar respublikada təhsil alan əcnəbi tələbələrin hüquq və vəzifələri, miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarına, həmçinin qədim diyarımızın mədəniyyətinin təbliğinə xüsusi xidmət edir.