Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ KOLLEKTİVİ İNTERNAT MƏKTƏBİNİN ŞAGİRDLƏRİNİ SEVİNDİRİBLƏR

28.11.2019

Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbələri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində olublar.

Məktəbin Dərs hissə müdiri Mehman Vəlibəyov məktəbin tarixi, buranı bitirən məşhur insanlar haqda məlumat verib. Qeyd edilib ki, hər iki valideynini itirən, ata-ana himayəsindən məhrum edilən, imkansız ailələrin övladlarının olduğu məktəbdə 20  uşaq təhsil və tərbiyə alır. Bunlardan 4 nəfəri hər iki valideynini itirən şagirdlərdəndir. Vurğulanıb ki, burada şagirdlərin  yüksək təhsil almaları üçün rahat şərait mövcuddur.
Dövlətin qayğısının hər zaman üstlərində olduğunu dilə gətirən Mehman Vəlibəyov universitetin bu təşəbbüsünü alqışlayıb, gənc nəslin bu cür qayğıkeş, insani münasibətlərə dəyər verməsini təqdirəlayiq hesab edib, məktəbin kollektivi adından öz minnətdarlığını ifadə edib.
 
Qeyd edək ki, şagirdlərin dediklərinə görə müəllimlərinin onlara ata və ana nəvazişi qayğısı göstərməsi də onları bu məktəbdə oxumağa həvəsləndirir.  

Məlumat üçün onu da bildirək ki, tələbələrin arasında Prezident təqaüdçüsü, Heydər Əliyev adına təqaüd alan gənclər şagirdlərlə ünsiyyətdə olub, onları oxumağa həvəsləndirən maairfləndirmə söhbətləri də aparıblar. Şagirdlərlə təşkil edilən maraqlı oyunlar, intellektual yarışlar onlarda şən əhval-ruhiyyə yaradıb. Tələbələr onları müxtəlif hədiyyələrlə də sevindiriblər.