Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TÜRKİYƏLİ CƏRRAH NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNƏ DƏVƏT EDİLİB

29.11.2019

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ustad dərslərinin keçirilməsi artıq ənənə halını alıb. Türkiyənin Malatya şəhərindən İnönü Universiteti Tibb fakültəsinin professoru, Turqut Özal Tibb Mərkəzinin cərrahı, Cengiz Ara bu məqsədlə universitetə dəvət edilib. Noyabr ayının 25-dən etibarən universitetdə olan cərrah Müalicə işi, Tibbi profilaktika ixtisasının tələbələrinə hər gün iki dərs olmaqla 5 gün mühazirə deyib.
 
Mühazirənin ilk günündə cərrah kəskin ağrılarla müşayiət edilən appendisit, bağırsaq ağrılarından danışıb.  Mədəaltı vəzi, öd kissəsinin iltihabi xəstəliklərindən tələbələr mühazirənin II günündə məlumat alıblar. Cərrah xoş və bədxassəli şişlərdən, döz vəzi, yoğun və düz bağırsaq xərçəngindən ətraflı məlumat verib.  Mühazirənin sonuncu günüdə yüksək qan təzyiqi, onu yaradan səbəblər və müalicə üsulları tələbələrə izah edilib. Keçirilən mühazirələrdə slaydlardan istifadə edilməsi tələbələr üçün daha anlaşıqlı və yaddaqalan olub.

Qeyd edək ki, universitetin bütün fakültələri, xüsusən də Tibb fakültəsinə mütəmadi olaraq Azərbaycandan və Türkiyə Respublikasından professor-müəllim heyəti dəvət olunur. Dəvət olunan mütəxəssislər universitetimizdə müəllim və tələbələrin təcrübi bacarıqlarını artırmaq üçün başlıca amildir.