Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

MEDİA NÜMAYƏNDƏLƏRİ ALİ TƏHSİL OCAĞINDA OLUBLAR

02.12.2019

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, üzvləri  Ali Hancerli, Nurhan Günsev, Nik Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Rəşad Məcid, şuranın əməkdaşı Əvəz Rüstəmov Naxçıvan Dövlət Universitetində olublar. Universitetin Media Mərkəzi ilə yaxından tanış olan qonaqlar Universitet televiziyasına müsahibə veriblər. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayıb onlari universitetdə görməkdən məmnunluğunu bildirib. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir dövrdə medianın fəaliyyət istiqamətlərindən ətraflı söhbət açıb. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker assosiasiya barədə məlumat verərək bildirib ki, qurum 1992-ci ildə söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm vermək, jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini təhlil etmək, mövcud istiqamətdəki standartların tədbiqinə dəstək olmaq məqsədilə yaradılıb. Çıxış edənlər cəmiyyət həyatında medianın rolundan bəhs edib, dünya ölkələrində mətbuat şuralarının fəaliyyətinin önəmini vurğulayıblar. Qonaqlar tələbələrin suallarını cavablandırıb, gələcəyin jurnalistlərinə öz tövsiyyələrini çatdırıblar. Sonra Jurnalistika və dünya ədəbiyyatı ilə bağlı ilə bağlı kitablar tələbələrə hədiyyə edilib.