Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN KOMANDASI NÖVBƏTİ UĞURUNU QAZANIB

06.05.2014

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan kubokunun final oyunu keçirilib.

 

Cari mövsümü Naxçıvan Muxtar Respublika çempionatının qalibi kimi başa vuran Naxçıvan Dövlət Universitetinin komandası final matçında “Araz-2” komandası ilə qarşılaşıb. Gərgin keçən oyunda ilk qolu 15-ci dəqiqədə “Araz-2” komandasının futbolçusu vurub. Lakin “Araz-2” hesabı sonadək qoruya bilməyib. İlk hissənin başa çatmasına 1 dəqiqə qalmış tələbələrin heyətində Hasan Karaslan hesabı bərabərləşdirə bilib. Oyunun 55-ci dəqiqəsində isə Tağı Seyidov qələbə qolunun müəllifi olub.

 

Bununla, cari ildə həm Naxçıvan Muxtar Respublika çempionatının, həm də Naxçıvan kubokunun sahibi olan Naxçıvan Dövlət Universitetinin komandası ikinci uğura imza atıb.

 

Görüşdən sonra cari mövsümdə muxtar respublika çempionatında və Naxçıvan kuboku uğrunda yarışda fərqlənən komandalar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.