Sayt xəritəsi

XƏBƏRLƏR

ÜMUMMİLİ LİDERƏ HƏSR OLUNMUŞ YEKUN KONFRANS

12.05.2014

 

Naxçıvan Dövlət Universitetidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş  silsilə tədbirlərin yekunu olaraq “Heydər Əliyev: O – Vətəndir, Vətən – O” mövzusunda elmi konfrans keçirilmişdir. YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının Tarix-filologiya fakültəsi ilə birgə hazırladığı elmi konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov ümummilli lider, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin nəinki Azərbaycan, dünya dövlətçilik tarixində özünəməxsus iz qoyan böyük siyasətçi olduğunu vurğulamışdır. Bu böyük şəxsiyyət siyasi uzaqgörənliyə, parlaq zəkaya malik olmaqla bərabər azərbaycançılıq ideologiyasının, bəşəri və milli dəyərlərin daşıyıcısına, rəmzinə çevrilmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi və təbliği hər bir azərbaycanlının müqəddəs məramıdır. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanda, o cümlədən Naxçıvanda Heydər Əliyev ideyaları bundan sonra da layiqincə davam etdiriləcək. 

 

Azərbaycan Respublikasının Əməkdar müəllimi, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə edərək ümummilli lider  Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyətində gəncliyə diqqət və qayğının prioritet məsələlərdən biri olduğunu bildirmişdir. Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə dövlət idarəçiliyinə cəlb olunmuş, yeni düşüncə və dünyagörüşə sahib olan Azərbaycan gəncliyi Heydər Əliyev siyasi kursunun XXI əsr Azərbaycan siyasətinin aparıcı xətti olması üçün ən böyük zəmanətdir. Ümummilli liderin şərəfli və mənalı ömür yolu müasir gənclik üçün örnək olmalıdır.    

               

Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərov “Heydər Əliyev və Azərbaycan ədəbi mühiti” mövzusunda məruzə edərək diqqətə çatdırmışdır ki, milli ədəbiyyatımızın kamil bələdçisi və vurğunu Heydər Əliyev klassik və ədəbi irsi sevərək mütəmadi mütaliə etmiş, Azərbaycan poeziyasını və dramaturgiyasını ideya-estetik və sənətkarlıq baxımından yüksək dəyərləndirmiş, milli ədəbiyyatımızın təbliğində, ədəbiyyat xadimlərinin əməyinin yüksək qiymətləndirilməsində əvəzsiz rol oynamışdır.      

 

Konfrans ədəbi-bədii kompozisiya ilə yekunlaşmış, ümummilli liderə, doğma Vətənə həsr olunmuş mahnı və şerlər səsləndirilmişdir.