Sayt xəritəsi

XƏBƏRLƏR

MİLLİ QURTULUŞ VƏ NİCAT GÜNÜ

16.06.2014

Naxçıvan Dövlət Universitetində 15 İyun Milli Qurtuluş günü münasibətilə keçirilən silsilə tədbirlər elmi konfransla yekunlaşmışdır. YAP universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən elmi konfransı universitetinin rektoru, professor Saleh Məhərrəmov açaraq XX əsrin sonlarında Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatından, ümummilli lider Heydər Əliyevin milli müstəqilliyin qazanılması və qorunub saxlanılmasındakı əvəzsiz rolundan,  Milli Qurtuluş gününün tarixi-siyasi əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, dahi siyasətçi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələrək Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi, vətəndaş müharibəsi, siyasi parçalanma kimi faciələrin qarşısını almışdır. Ulu öndərin tərəqqiyə və firavan gələcəyə aparan müdrik siyasəti bugünkü iqtidar tərəfindən sədaqətlə davam etdirilir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətini hər zaman dəstəkləyəcək.                         

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Kamal Camalov  “Vətənin xilası, xalqın qurtuluşu” adlı məruzəsində bildirdi ki,  Heydər Əliyev uzaqgörən siyasəti, liderlik əzmi ilə Azərbaycan dövlətçiliyini, varlığıni parçalanıb yox olmaq təhlükəsindən qurtarmış, böyük bir xalqı qurtuluş və nicat yoluna çıxarmışdır. Məhz onun sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.  Ümummilli liderin iqtisadiyyatın inkişafı, milli ordu quruculuğu, demokratik idraetmə sisteminin yaradılması, qətiyyətli xarici siyasətin müəyyənləşdirilməsi istiqamətindəki mühüm xidmətləri sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.                                                         

 

Elmi konfransda hüquqşünaslıq ixtisasının tələbələri, tələbə hüquq maarifləndirmə mərkəzinin sədri Vüsal Məmmədov “Qurtuluşun sönməz günəşi”, Təbriz Eyvazlı “Qurtuluş üçün əl-ələ” mövzusunda məruzələri dinlənilmiş, Milli Qurtuluş gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.