Sayt xəritəsi

XƏBƏRLƏR

İKT-DƏN TƏDRİSDƏ İSTİFADƏYƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ SİMPOZİUM

03.07.2014

 Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan – 9: İnformasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları,  Təhsil nazirlərinin, türkiyəli qonaqların iştirak etdiyi beynəlxalq simpoziumdan əvvəl elektronika, memarlıq və rəsm sərgilərinə baxış keçirilmiş,  elektronika sərgisində nümayiş olunan, universitetin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələrlə tanışlıq olmuşur. Müəllim və tələbələrin əl işlərindən ibarət, rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgi də maraqla qarşılanmışdır.             

                                                                                                           

Beynəlxalq simpoziumu giriş sözü ilə universitetin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarıının inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin İKT-nin inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda qazanılan uğurlar barədə məlumat vermişdir. Vurğulanmışdır ki, Naxçıvan Dövlət Universitetində elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Elektron təhsil şəbəkəsi, elektron kitabxana yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili bu mühüm məqsədə xidmət edir. Rektor ölkə rəhbərliyi tərəfindən tədrisdə İKT-nin tətbiqi məsələsinin daim diqqət mərkəzində saxlnmasından, Ali Məclisin Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində electron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli sərəncqmının əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışmışdır.    

                                                                                       

Sonra Universitet Televiziysının hazırladığı “Elektron Naxçıvan” sənədli filmi nümayiş etdirilmişdir.        

                                                                                            

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutu canlı bağlantı vasitəsilə beynəlxalq simpoziuma qoşularaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi dəstəyi və bilavasitə rəhbərliyi ilə 2005-ci ildən həyata keçirilən ənənəvi “Elektron Naxçıvan” layihəsinin reallaşmasında AME-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Azərbaycan Respublikasının Rabitə vəYüksək Texnologiyalar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Təhsil Nazirliyini rolundan, layihənin əhəmiyyətindən danışmışlar.                                                                                                                         

 

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənın və çoxsaylı kollektivin simpozium iştirakçılarına salamlarını çatdırmıdır. Akademik isa Həbibbəyli məruzəsində “Elektron Naxçıvan” hərəkatını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun milli düşüncə, dövlətçilik təfəkkürü, humanitar və informasiya texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi kimi dəyərləndirmişdir. AMEA-nın vitse-prezidenti son bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında İKT-nin inkişafı, müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını bildirərək  “Elektron Naxçıvan” hərəkatının humanitar-siyasi əhəmiyyətindən də danışmışdır. Qeyd olunmuşdur ki, humanitar siyasətlə texniki düşüncənin vəhdəti XXI əsrin yeni təfəkkürlü, müasir insanının formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Akademik İsa Həbibbəyli humanitar yönlü bir institutun –AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ilk dəfə bugünkü  beynəlxalq simpozuma canlı bağlantı vasitəsilə qoşulmasını  “Elektron Naxçıvan” hərəkatının humanitar siyasətinin mühüm uğuru kimi qiymətləndirmişdir.                             

    

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiya naziri Rövşən Məmmədov ümummilli lider Heydər Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi inkişaf etdirilməsi istiqamətindəki xidmətlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin uğurlarını simpozium iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmış, 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer almışdır. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”n bu sahədə qarşıda duran vəzifələrin həlli, daha genişmiqyaslı işlərin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son on ildə muxtar respublikada yeni texnologiyaların tətbiqi və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrdən bəhs edən nazir bildirmişdir ki, bu gün muxtar respublikanın telekommunikasiya sisteminin 60 %-ini NGN texnologiyasına əsaslanan Yeni Nəsil Telekommunikasiya sistemləri təşkil edir. Hazırda yaşayış ərazilərinin 92 %-ində genişzolaqlı internet, 80%-ində simsiz internet xidmətləri göstərilir. Naxtel simsiz telekommunikasiya sistemi 27 baza stansiyası vasitəsilə muxtar respublikanın 85% ərazisini əhatə edir. Naxçıvanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın icrası məqsədilə orta ümumtəhsil məktəblərində hər 13 şagirdə 1 kompüter dəsti olmaqla 3409 kompüter, 551 elektron lövhə quraşdırılmışdır. Naxçıvan Muxtar Respublikasında “Elektron hökümət” portal qurulmuş, 34 dövlət orqanının xidmətləri portal inteqrasiya edimişdir. Yüksək sürətli informsiya mübadiləsini təmin etmək etmək məqsəilə fiber-optik telekommunikasiya çəbəkəsnini genişləndirilməsi davam etdirilmiş, muxtar respublikanın optik şəbəkəsi Trans-Asiy-Avropa beynəlxalq fiber-optik magistralına qoşulmuşdur. Ali Məclisin Sədrinin tapşırıq və dəstəyi ilə muxtar respublikada sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi informasiya-kommunikasiya texnologiyalarının inkişafı bundan sonra da uğurla davam etdiriləcək.       

                                                                                                    

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Zahid Mehdiyev məruzəsində Azərbaycanda İKT-nin inkişaf göstəriciləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu gün ölkəmizdə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəşilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Azərbaycan internet istifadəşilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir. Mobil sektor sürətlə inkişaf edir, yeni xidmətlər, o cümlədən 3G və 4G xidmətləri göstərilir. Hal-hazırda ölkə üzrə hər 100 nəfərə 110 abunəçi düşür. Rəqəmsal televiziyanın tətbiqi genişlənir və hal hazırda ölkə əhalisinin 95%-nin yaşadığı ərazini əhatə edir. İlk telekommunikasıy peykinin xidmətlərindən uğurla istifadə olunur. Ölkədə e-xidmətlərin tətbiqi genişlənir, e-hökumət portal fəaliyyət göstərir, e-imznın tətbiqi gündən-günə artır. Məruzəçi blokada şəraitində olmasına, magistral informasiya kanallarına çıxış imkanlarının məhdud olmasına baxmayaraq Naxçıvan Muxtar Respubliksında İKT sektorunun sürətlə inkişaf etdirilməsindən, bu inkişafın region ölkələr üçün nümunə olmasından da danışmışdır.       

                                                                   

Türkiyə Cümhuriyyətinin İqdır Universitetini prorektoru, professor Mehmet Farik Yılmaz iki qardaş ölkənin ali məktəbləri arasında İKT sahəsində bilik və təcrübə mübadilsəini əhəmiyyəti, təmsil etdiyi universitetdə müasir texnologiyalardan istifadə imkanları barədə məlumat vermişdir.     

                                                                            

Beynəlxalq simpoziumda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi, ən müxtəlif ölkələrinin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılmışdır. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə Cənubi Koreya Respublikasının Kiber Universitetinin  professoru, LİX proqramının rəhbəri Skot Jeong, İspaniyanın Malaqa Universitetinin əməkdaşı, Erasmus Mundus layihələrinin kordinatoru Xuan Antonio Martin-Checa, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universitetinin prorektoru Emin Yaqubov, beynəlxalq informasiya üzrə əməkdaşlıq və layihələr şöbəsinin müdiri Daniil Yuryev, İnformasiya hesablama Mərkəəzinin direktoru Maksim Barabanov beynəlxalq simpoziuma qoşulmuş, virtual əlaqələrin inkişafı,  İKT-nin geniş imkanlarından birlikdə faydalanmaq barədə konkret təkliflərlə çıxış etmişlər.                      

                                                                              

“Elektron Naxçıvan – 9: İnformasiya-kommunikasiya texnologiyaları və tədris” beynəlxalq simpoziumu İncəsənət fakültəsinin müəllim və tələbələrinin konsert proqramı ilə başa çatmışdır.