Sayt xəritəsi

XƏBƏRLƏR

SESSİYANIN QARŞIYA QODUĞU VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR

08.07.2014

Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağda universitetin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov mövzu ilə bağlı məruzə edərək  İyunun 28-də keçirilən sessiyada müzakirə olunan məsələlər barədə ətraflı məlumat vermişdir. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sessiyadakı çıxışında muxtar respublikanın sosial-iqtisadi inkişafı, bölgədə aparılan tikinti-quruculuq işləri ilə bağlı fikirlərini, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yeni tədris ilinə qədər elektron təhsilin tətbiqi ilə bağlı aid orqanlarla qarşılıqlı fəaliyyətin təmin edilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarını diqqətə çatdırmiş, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, 2013-2014-cü tədris ilinin II yarısında da elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə dinamik inkişaf etdirilməsi, elektron təhsil şəbəkəsi yaradılması,  beynəlxalq əlaqələrin, virtual əməkdaşlığın genişlənməsi istiqamətində mühüm addımlar atılmışdır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən, “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tətbiqi məqsədilə görüşlər və müzakirələr keçirilmiş, universitetin bir qrup nümayəndəsi on beş gün müddətində Cənubi Koreyanın paytaxtı Seul şəhərində layihə ilə bağlı təlim keçmişlər. “Elektron Naxçıvan – 9: İnformasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.        

                                                                                     

Yığıncaqda Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev, Rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Həsən Həsənov, Magistratura üzrə dekan, biologiya üzrə elmlər doktoru Etibar Məmməov çıxış etmişlər. Çıxışlarda bildirimişdir ki, sessiyada  da qeyd olunduğu kimi, ölkəmizdə “Sənaye ili”, muxtar respublikada isə “Muxtariyyat ili” elan olunan 2014-cü ilin birinci yarısı Naxçıvan Muxtar Respublikasında sənaye və kənd təsərrüfatının ən müxtəlif sahələri inkişaf etdirilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsulun həcmi 2,4 faiz, sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,4 faiz, ixracın həcmi 14,5 faiz, orta aylıq əməkhaqqı isə 2,1 faiz artmışdır. Cari ilin ötən dövründə muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılmış, 1457 yeni iş yeri açılmışdır. Qeyri-istaehsal sahələri də dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, səhiyyə, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətində əhəmiyyətli uğurlar əldə olunmuş, informasiya-telekomunikasiya sistemləri üzrə irimiqyaslı və əhatəli spektrə malik işlər həyata keçirilmişdir. Ali təhsil müəssisəsinin çoxsaylı kollektivi dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün öz səylərini, bilik və bacarıqlarını əsirgəməyəcək, əzmlə çalışacaqlar.