Sayt xəritəsi

XƏBƏRLƏR

“FRANSIZ ŞƏHƏRCİYİ” NAXCIVANDA

21.07.2014

Naxçıvan Dövlət Universitetində Fransanın Azərbaycandakı səfirliyinın təşklatçılığı ilə Naxçıvan Muxtar Respublikasının fransız dili müəllimləri üçün beş günlük pedaqoji staj keçilir. Pedaqoji staj başlamazdan əvvəl Naxçıvan Dövlət Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzinini və digər qonaqları qəbul edərək universitetdə dünya təhsilinə inteqrasiya istiqamətində görüən işlərdən danışıb. Qeyd olnub ki, 80-dən çox tanınmış dünya universitetləri ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 300-dən çox xarici vətəndaş ali təhsil alır. Müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunan universitetdə Avropa dillərinin, eləcə də fransız dilinin, ədəbiyyatının tədrisinə xüsusi əhəmiyyət verilir. Hər il keçirilən ənənəvi Frankofoniya bayramı vasitəsilə tələbələrdə fransız dilinə, tarixinə və mədəniyyətinə  maraq yaradılır. Rektor, Fransanın Azərbaycandakı səfirliyinin ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərərk ölkələrarası əlaqələrin inkişafında elm və təhsil sahəsindəki tərəfdaşlığın rolundan bəhs edib. Qeyd olunub ki, Naxçıvanda ilk dəfə, tanınmış mütəxəssislərin iştirakı ilə keçiriləcək pedaqoji staj fransız dilinin mənimsənilməsi və tədrisi baxımından faydalı olacaq.                                                       

 

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini Azərbaycan və Fransa arasında bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb, səfirliyin təşkilatçılığı ilə həyata keçiriləcək “Village français” (Fransız Şəhərciyi) adlalanan pedaqoji staj və həyata keçirilməsi nəzərdə tutulan digər layihələr haqqında məlumat verib. Səfirliyin nümayəndəsi “Fransa - Azərbaycan: yüksək səviyyəli tərəfdaşlıq” adlı yeni nəşri universitet rəhbərliyinə təqdim edib. Görüşdə gələcək tərəfdaşlıq məsələləri müzakirə olub.      

                                     

Sonra pedaqoji staja start verilib. Qeyd edək ki, Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq şöbəsinin (SCAC) və Azərbaycanda Fransız İnstitutunun (İFA) təşkil etdiyi bu pedaqoji staj hər il Azərbaycanın müxtəlif rayonlarında keçirilir. Sayca onuncu, Naxçıvan Muxtar Respublikasında isə ilk dəfə keçirilən “Fransız Şəhərciyi” adlı pedaqoji staj zamanı iştirakçılar fransız xalqının nümayəndələri, fransız dili mütəxəssisləri ilə ünsiyyətdə olacaq, bu dildə fəal şəkildə dialoq quracaqlar. 21-25 iyul tarixlərində keçiriləcək pedaqoji stajda muxtar respublikada fəaliyyət göztərən 40-a yaxın fransız dili müəllimi iştirak edəcək. Pedaqoji staj zamanı Parisdən dəvət olunan fransız dili müəllimləri xanım Selin dü Şene və Mişel Bondüran, Azərbaycanda Fransız İnstitutunun müəllimi xanım Elsa Furtado fransız dilinin qramatikası, leksikologiyası və semantikası ilə bağlı mövzular tədris edəcək, paraktiki məşğələlər aparacaqlar. Sonda pedaqoji staj keçən müəllimlərə sertifikatlar təqdim olunacaq.