Sayt xəritəsi

XƏBƏRLƏR

BİLİK GÜNÜ QEYD OLUNDU

15.09.2014

 

15 sentyabr  Bilik günü ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bayram əhval ruhiyyəsi ilə qeyd olunur. Bu münasibətilə Naxçıvan Dövlət Universitetində də yığıncaq keçirildi.Tədbir universitetin tarixi inkişaf yolunu əks etdirən, Universitet Televiziyasının hazırladığı  filmin nümayişi ilə başladı. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı, Azərbaycanda aparılan çoxsaylı təhsil islahatları Naxçıvan Dövlət Universitetində də öz real inikasını tapmaqdadır. Vurğulandı ki, universitetin 108 hektarlıq ərazisində tikilən, əsaslı təmir olunaraq istifadəyə verilən tədris korpusları, Tələbə Sosial Xidmət mərkəzi, Tələbə Evi, Qonaq evi, idman meydançaları ölkədə və Naxçıvan Muxtar Respublikasında təhsilə, kadr hazırlığına göstərilən yüksək qayğının təzahürüdür. Rektor Naxçıvan Dövlət Universitetinin tarixi inkişaf yoluna nəzər salaraq bu ali məktəbin yuksək ixtisaslı mütəxəsisslər yetişdirən professor-müəllim heyətinə, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağı olduğunu diqqətə çatdıdı. Qeyq olundu ki, Naxçıvan Dövlət Universiteti dünyaya inteqrasiya yolu tutmaqla bir çox beynəlxalq layihələrdə uğurla iştirak edir. Burada  ali təhsil alan xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. Baytarlıq ixtisası üçün nəzərdə tutulan yeni tədris korpusu, Tibb fakultəsinin kliniki xəstəxanasının yeni binası tezliklə ən müasir avadanlıqlarla təhiz olunmuş şəkildə istifadəyə veriləcək ki, bu da universitetin maddi-texniki bazasının gücləndirilməsinə göstərilən dövlət qayğısının bariz təzahürüdür. Baloniya sisteminin tam tətbiqinə nail olunması, elektron universitet quruculuğu, distant təhsilin tətbiqi istiqamətində də əhəmiyyətli uğurlar qazanılmışdır. Bu uğurlar ali məktəbin reytinqinin artmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, bu il 938 bakalavr, 107 magistr, o cümlədən 35 nəfər 600-dən yuxarı bal toplayan tələbə ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçmişdir. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəbə qəbul olan tələbələri bir daha təbrik edərək çoxsaylı universitet kollektivinə yeni tədris ilində uğurlar dilədi.
    `       
Yığıncaqda  Tibb fakültəsinin “Müalicə işi” ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü , 677 bal toplamış Amil Qasımov, 671 balla Sosial idarəetmə və hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasına qəbul omuş Aynur Cəfərova, Beynəlxalq münasibətlər və xarici dillər fkültəsinin “Xarii dil müəllimliyi” (ingilis dili) ixtisası üzrə I kurs tələbəsi, 615 bal toplamış Sona Səfərova, Fizika-riyaziyyat fakültəsində “Fizika müəllimliyi” ixtisası üzrə ali təhsil alacaq, 606 bal toplamış Nailə Vəliyeva, İqtisad fakültəsinin “Dünya iqtisaiyyatı” ixtisasına 601 balla qəbul olmuş Aytac Yusifzadə çıxış etdilər. Çıxışlarda  Azərbaycanda elmin, təhsilin uğurlu inkişaf strategiyasından bəhs olundu, təhsildə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edildi. Sonda 600-dən yuxarı balla universitetə qəbul olunmuş tələbələrə tələbə bileti və qiymət kitabçası, “Naxçıvan Ensiklopediyası” kitabı təqdim olundu.