Sayt xəritəsi

XƏBƏRLƏR

KOİCA İLƏ BİRGƏ LAYİHƏ UĞURLA HƏYATA KEÇİRİRLİR

26.09.2014



Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident numayəndəsi xanim Kim Eun-suk  və onun rəhbərlik etdiyi işçi qrpupu  “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin  tətbiqi ilə əlaqədar Naxçıvan Dövlət Universitetinə gəlmişlər.     

 

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonaqlari salamayaraq layihənin əhəmiyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin xüsusi dəstəyi və tövsiyəsi ilə  elektron universitet yaradılması, distant təhsilin tətbiqi ilə bağlı bu ali təhsil ocağında mühüm işlər görümüşdür. KOİCA ilə birgə gerçəkləşdiriləcək layihədə isə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. ibarət elektron təhsil şəbəkəsi yaradılması, müasir texnologiyaların alınıb quraşdırılması, rəqəmsal multimedia infrastrukturunun təkmiləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA tərəfindən  3 500 000 ABŞ dolları  həcmində vəsait ayrılmışdır. Tədris işləri üzrə prorektor xatırlatmışdır ki, bu barədə dəfələrlə birgə müzakirələr aparılmış, layihənin davamı olaraq onun rəhbərliyi ilə bir qrup nümayəndə may ayında on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunaraq layihə ilə bağlı təlim keçmişlər. Hazırda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun başçılığı ilə universitet rəhbəyliyini təmsil edən heyət layihə ilə əalqədar Cənubi Koreyada səfərdədilər.

                                        
KOİCA-nın Azərbaycan ofisinin rezident numayəndəsi xanım Kim Eun-suk  layihədə nəzərdə tutulan bütün avadanlıqların alınıb universitetə gətirilməsi barədə ətraflı məlumat vermişdir. Müasir, keyfiyyətli texnologiyaların istifadəyə verildikdən sonra tədrisdə də təhsildə keyfiyyətin yüksəldilməsinə, idrəetmə prosesinə  əhəmiyyətli dərəcədə təsir götərəcək. Koreyalı və yerli mütəxəxssislərin birgə fəaliyyəti nəticəsində ilin sonlarında layihənin müvəffəqiyyətlə yekunlaşacağı gözlənilir. Xanım Kim Eun-suk avadanlıqların quraşdırılması ilə bağlı tapşırıq və göstərişlər vermişdir.      

                                               
Naxçıvan Dövlət Universiteti tərəfindən layihəni icra edəcək işçi qruplar ilə birgə müzakirələr aparılmışdır.  Akademik idarəetmə sistemi, texniki təminat, portal, elektron sənəd dövriyyəsi, multimedia üzrə işçi qrupları ilə birgə elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun qurulması, alınan texniki avadanlıqların və proqramların quraşdırılması ilə bağlı müzakirələr aparılmışdır. Optik kabelləerin çəkilişi, serverin qurulması və əlaqələndirilməsi, multimedia infrastrukturu üçün nəzərdə tutuln müasir texnologiyların işə salınması ilə bağlı qruplar üzrə görüləcək işlər müəyyənləşdirilmişdir.