Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ

01.10.2014

 

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda 185-ci məşğələsi keçirilib.
    
Məşğələni giriş sözü ilə açan, universitetin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu bildirib. Qeyd olunub ki, Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Rektor bildirib ki, bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Qəbul оlunmuş yeni Təhsil Qanunu və оna uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir.
    
Məşğələdə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda məruzə ilə çıxış edən, Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Kamal Camalov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşmişdir. Qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirmişdir. Qeyd olunub ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir. Kamal Camalov bildirib ki, Azərbaycanda, о cümlədən Naxçıvanda təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.